Dünya

Pentaqon pilotsuz tanklar hazırlamaq niyyətindədir

3 May 2023 07:54
Baxış: 679
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ pilotsuz qayıqlar və uçuş aparatları üzərində təcrübələr aparır və gələcəkdə də pilotsuz tanklar hazırlamağa ümid edir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli "Foreign Affairs" jurnalına müsahibəsində deyib.

O qeyd edib ki, Pentaqon "əslində pilotsuz olacaq" müasir qırıcı və bombardmançı təyyarələr üzərində təcrübə aparır.

"Gələcəkdə siz yük maşınlarını, tankları və yerüstü nəqliyyat vasitələrini görəcəksiniz, onların böyük bir hissəsi pilotsuz olacaq. Robot texnologiyaları silahlı qüvvələrdə düşündüyünüzdən daha sürətli istifadə olunmağa başlayır", - Milli bildirib.

O, həmçinin gələcəkdə ABŞ ordusunun süni intellekt texnologiyalarından və kvant kompüterlərindən istifadə etməyə başlayacağını istisna etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.