Dünya

Baxmutda gedən döyüşlərdə iki Kanada vətəndaşı həlak olub

2 May 2023 14:05
Baxış: 1 153
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baxmutda gedən döyüşlərdə iki Kanada vətəndaşı həlak olub.

Milli.Az CBC-yə istinadən xəbər verir ki, şəhər ətrafında gedən döyüşlər zamanı Ukraynanın xarici legionunun tərkibində vuruşan 27 yaşlı Kayl Porter və 21 yaşlı Kol Zelenko həlak olub.

Ölümündən üç gün öncə CBC ilə danışan Porter Baxmut cəbhəsi "ətçəkən maşın" kimi təsvir edib.

Kanadalı döyüşçülərin qaldıqları bunkerə artilleriya zərbəsi endirilməsi nəticəsində üç ukraynalı hərbçi ilə birlikdə həlak olduqları açıqlanıb.

Onların hər ikisinin daha əvvəl Kanada Silahlı Qüvvələrində xidmət etdikləri, lakin Ukrayna ordusuna qoşulmadan öncə istefa verdikləri qeyd edilib.

CBC-nin məlumatına görə, qeyri-rəsmi rəqəmlərə əsasən bununla da Ukraynada həlak olan kanadalı döyüşçülərin sayı 4 və ya 5 nəfərə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.