Dünya

Rusiya gəmisi göründü, ordu hazır vəziyyətə gətirildi

30 Aprel 2023 23:31
Baxış: 1 481
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveç və Finlandiya donanmaları Rusiyanın bu ölkələrin enerji şəbəkələrinə mümkün hücumunun qarşısını almaq üçün yüksək hazırlıq vəziyyətinə gətirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İsveç Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Eva Skuq Haslum deyib.

"Rusiya suüstü gəmiləri külək stansiyaları və sualtı elektrik kabellərinin yaxınlığında müşahidə edilib. Əminik ki, Rusiya bunu edib, hər hansı yolla hədəfləri xəritəyə yerləşdirib. Rusların, məsələn, sualtı elektrik kabellərini təxribat edib məhv etmə riskinin olub-olmadığına gəlincə, bəli, tamamilə. Bu, bizə qarşı əməliyyat keçirməyin yollarından biridir", - o bildirib.

Onun sözlərinə görə, Rusiyanın elektrik şəbəkələrinə hücumu mümkün olduğundan, İsveç donanması təxribatın qarşısını almaq üçün yüksək hazırlıq vəziyyətindədir:

"Buna görə də biz davamlı olaraq həm hədəflərə yaxın olmaqla niyyətlərimizi əks etdirməyə, həm də özünümüdafiə iradəmizi nümayiş etdirməyə çalışırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.