Dünya

Təbrizdə bir ailənin üç üzvü öldürüldü

29 Aprel 2023 19:12
Baxış: 883
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Aprelin 28-də Təbrizdə ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Təbrizin "Azərəncümən" saytı məlumat yayıb.

Məlumata görə, kürəkən qayınatası, qayınanası və qayınını bıçaqlayaraq qətlə yetirib.

Hadisə cinayəti törədən tərəfdən xanımının boşanmaq istəməsi və azyaşlı övladını götürərək ata evinə getməsindən sonra baş verib.

Bildirilib ki, kürəkən övladını görmək üçün qayınatasının evinə gedib. Ataya övladını görməyə icazə verilməməsi isə faciə ilə nəticələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.