Rusiyanın Murmansk vilayətinin Monçeqorsk şəhəri yaxınlığında MiQ-31 qırıcısı qəzaya uğrayıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi təsdiqləyib.
Qəza zamanı hər iki pilotun katapult edərək sağ qaldıqları bildirilib.
Təyyarənin düşməsinin ilkin səbəbi kimi texniki nasazlıq göstərilib.
Milli.Az