Dünya

İsa peyğəmbərə qovuşacaqlarını vəd edərək insanları ölümə sürüklədi

26 Aprel 2023 09:16
Baxış: 1 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Keniyanın Malindi qəsəbəsində təriqət lideri "ac qalaraq İsa peyğəmbərə qovuşacaqlarını" vəd edərək insanları ölümə sürükləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Paul Makkenzi Ntenge polisin az 1000 nəfərin meyitini tapacağını iddia edib.

Şakahola meşəsində kilsə yaxınlığında (Good News International) tapılan meyitlərin sayının 73-ə çatdığı, 112 nəfərin hələ də itkin düşdüyü və meyit sayının arta biləcəyi bildirilib.

Digər tərəfdən, mövzu ilə bağlı ilk dəfə açıqlama verən Keniya Prezidenti Uilyam Ruto təriqətdə baş verənlərin "terrordan fərqli olmadığını" bildirib.

Aprelin 15-də aclıqdan öldükləri ehtimal olunan 4 nəfərin meyiti tapıldıqdan sonra polis Ntengeni saxlayıb. Meşəlik ərazidə aparılan geniş axtarışlar zamanı kütləvi məzarlıqdan onlarla insanın meyiti tapılıb.

Keşiş Ntengenin daha əvvəl bir neçə dəfə şikayətlərdən sonra saxlanıldığı və sərbəst buraxıldığı məlum olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.