Dünya

Zelenski: "Ukrayna cəbhədə aktiv əməliyyatlara hazırlaşır, bunlar qaçılmazdır"

21 Aprel 2023 08:03
Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna cəbhədə aktiv əməliyyatlara hazırlaşır, bunlar qaçılmazdır.

Milli.Az APA-ya istinadən, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ənənəvi axşam videomüraciətində deyib.

"Ukraynanın müdafiəsi - bu gün Kiyevdə NATO rəhbəri Yens Stoltenberqlə danışıqlar məhz buna həsr olunub. Qaydalar əsasında bütün beynəlxalq asayişin qorunması. Biz Ramştayn görüşünə hazırlaşırıq və cənab Stoltenberqin mövqeyi vacibdir. Biz cəbhədə fəal hərəkətlərimizə hazırlaşırıq, bunlar qaçılmazdır", - o vurğulayıb.

Prezident həmçinin əlavə edib ki, Ukrayna NATO-nun Vilnüsdə yayda keçiriləcək sammitinə hazırlaşır. Onun sözlərinə görə, Ukrayna alyansa müraciətinin təmin olunması üçün hər şeyi edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.