Rusiyalı teleaparıcı Vladimir Solovyov bildirib ki, ölkə Prezidenti Vladimir Putinə sui-qəsd olacaq.
Milli.Az Axar.az-a istinadən bildirir ki, o, bu barədə "Rusiya-1" kanalında yayımlanan verilişində deyib.
Solovyov Almaniyanın "Die Welt" nəşrindəki məqaləyə görə əsəbiləşib və Kreml başçısına sui-qəsd olacağı təqdirdə Berlinə nüvə zərbəsi endirməklə hədələyib:
"Almanlar nəyə ümid edir? Şolts rejimi Yer üzündən silinməlidir".
Milli.Az