Solovyov: "Putinə sui-qəsd? Nüvə zərbəsi endirək" - VİDEO

20 Aprel 2023 15:28

Rusiyalı teleaparıcı Vladimir Solovyov bildirib ki, ölkə Prezidenti Vladimir Putinə sui-qəsd olacaq.

Milli.Az Axar.az-a istinadən bildirir ki, o, bu barədə "Rusiya-1" kanalında yayımlanan verilişində deyib.

Solovyov Almaniyanın "Die Welt" nəşrindəki məqaləyə görə əsəbiləşib və Kreml başçısına sui-qəsd olacağı təqdirdə Berlinə nüvə zərbəsi endirməklə hədələyib:

"Almanlar nəyə ümid edir? Şolts rejimi Yer üzündən silinməlidir".

Milli.Az