Dünya

Mask yadplanetlilərin varlığını ələ saldı

21 Aprel 2023 05:05
Baxış: 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ABŞ hakimiyyətinin imkanı olsaydı, ölkənin müdafiə büdcəsini artırmaq üçün hətta yadplanetlilərdən istifadə edərdilər".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask deyib. Bununla belə, o, yadplanetlilərin olmadığına əminliyini ifadə edib.

"Kimsə yadplanetlilər haqqında bilsəydi, bu elə mən olardım. Mən kosmos haqqında çox şey bilirəm. Amma yadplanetlilərin varlığına dair heç bir dəlil görməmişim. Əgər onlar olsaydılar, dərhal bu barədə "Twitter"də yazardım", - deyə milyarder vurğulayıb.

Mask əlavə edib ki, general olsaydı, dərhal ona yadplanetlilərin göstərilməsini tələb edərdi.

"Biz davamlı olaraq müdafiə büdcəsini artırmağa çalışırıq. Əgər yadplanetli göstərsək, heç kim bununla mübahisə etməzdi. Biz deyərdik ki, özümüzü onlardan qorumaq üçün pul lazımdır. Nə qədər pul istəyirsiniz? Alın! Onlar təhlükəli görünürlər. Hər an işğal baş verə bilər", - deyə Mask zarafat əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory