Dünya

“Joxovurd”: "Ermənistanın Baş naziri artıq qorxularını gizlədə bilmir" - FOTO

19 Aprel 2023 13:52
Baxış: 1 117
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Baş naziri artıq öz qorxularını gizlədə bilmir.

Milli.Az konkret.az-a istinadən xəbər verir ki, bu barədə erməni nəşri "Joxovurd" yazır.

Paşinyan dünən çoxlu sayda mühafizəçi və polisin müşayiəti ilə parlamentin iclasına gəlib.

"Ermənistanın Baş naziri Nikol Paşinyan artıq öz qorxusunu gizlədə bilmir. Bunu dünən parlamentin iclasına çoxlu sayda mühafizəçi və polis əməkdaşlarının müşayiəti ilə gəlməsi sübut edir.

"Bu, ölkə tarixində ilk dəfədir ki, baş verir. Onun mühafizəçiləri fraksiyaların hər bir sırasının yuxarısında və ya aşağıda oturub deputatlara tamaşa edirdilər.

Zalın bütün girişlərində Ermənistan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə yanaşı, mülki geyimli silahlı mühafizəçilər də olub.

Paşinyan açıq-aydın nədənsə qorxur. Ancaq dəqiq nə olduğunu yalnız o bilir", - deyə qəzet qeyd edib.

Xatırladaq ki, 1999-cu ildə Ermənistan parlamentində baş vermiş terror aktı nəticəsində baş nazir Vazgen Sarkisyan, parlamentin spikeri Karen Dəmirçyan və bəzi deputatlar ölüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.