Dünya

İran Ermənistanı silahlandırmaqla səhv edir

16 Aprel 2023 17:31
Baxış: 1 116
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran dəfələrlə Azərbaycan və Ermənistan arasında münaqişədə maraqlı olduğunu göstərib, həmçinin İrəvana dəstək verməyə hazırdır. Analitiklər bunu İranın səhvi kimi qiymətləndirir.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a rusiyalı siyasi şərhçi Sergey Markov İranın Ermənistana hərbi dəstəyi ilə bağlı danışarkən deyib.

Politoloq qeyd edib ki, Ermənistanın Rusiyadan uzaqlaşma siyasəti yürütməsi bu ölkəni İranla yaxınlaşdırıb:

"Böyük ehtimalla, Ermənistanın ordusu İran PUA-larından və digər hərbi sistemlərindən istifadə edir. Çünki İkinci Qarabağ müharibəsi göstərdi ki, Ermənistan ordusu çox zəifdir. Odur ki, Ermənistan yeni silah sistemləri almağa çalışır. Həmçinin, Ermənistan Rusiyadan uzaqlaşmaq niyyətindədir. Sübut etmək istəyir ki, silahı tək Rusiyadan deyil, başqa yerlərdən də əldə edə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.