Dünya

Moskvada Quran yandırıldı: Cinayət işi açıldı

16 Aprel 2023 10:12
Baxış: 1 401
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Polis Moskvanın şərqindəki Ağ göl ərazisində Quranı yandırmaqda şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirir.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, şənbə günü Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı cinayət işi açılıb.

"Hazırda hadisə ilə bağlı cinayət işi başlanıb. Polis əməkdaşları tərəfindən bütün halların aydınlaşdırılması, şübhəli şəxsin kimliyinin müəyyən edilərək saxlanılması istiqamətində kompleks əməliyyat-axtarış tədbirləri həyata keçirilir", - mətbuat xidmətindən bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.