Dünya

500 gün mağarada tək tənha qaldı, dünya rekorduna imza atdı - FOTO

16 Aprel 2023 05:05
Baxış: 1 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya vətəndaşı olan Beatris Flamini "Timecave" ("Zaman mağarası") layihəsi çərçivəsində 500 gün mağarada qalıb və bu müddət ərzində xarici dünya ilə heç bir əlaqə saxlamayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qadın bu nəticə ilə tək qalmaq üzrə dünya rekorduna imza atıb.

Belə ki, B.Flamini 20 noyabr 2021-ci ildə Qranada əyalətində yerləşən və yer səthindən 70 metr dərinlikdə yerləşən mağaraya daxil olub.

Onun təhlükəsizliyi "Timecave" heyəti tərəfindən xüsusi kameralar vasitəsilə qorunub, qadın qida və digər lazımi vasitələrlə təmin edilib.

Mütəxəssislər qadının sosial təcrid vəziyyətində yaşadığı hissləri, onun psixoloji vəziyyətini öyrəniblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.