Dünya

"Tessala" gəmisi aprelin 16-da Türkiyəyə çatacaq

12 Aprel 2023 14:55
Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əlcəzairin Arzew limanından yola düşən mayeləşdirilmiş təbii qaz (LNG) gəmisi "Tessala"nın aprelin 16-da Türkiyəyə çatması gözlənilir.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, Türkiyə təbii qaz anbarlarını dolu saxlamaq, təchizat təhlükəsizliyini gücləndirmək və enerji sahəsində mərkəzi ölkə mövqeyini gücləndirmək üçün LNG alışlarını davam etdirir.

Ümumi tutumu 171 min 800 kubmetr olan gəminin aprelin 16-da Hatay Dörtyoldakı FSRU (Üzən LNG Saxlama və Qazlaşdırma Ünitesi) limanına çıxması planlaşdırılır.

Qeyd edək ki, Əlcəzair bayraqlı gəmi 2016-cı ildə tikilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.