Dünya

Avstraliya dağıdıcı qasırğaya hazırlaşır: Marketlərin rəfləri boşaldıldı

11 Aprel 2023 10:52
Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın qərbinə təsir edəcəyi gözlənilən və sürətinin saatda 250 kilometrə çatacağı təxmin edilən "İlsa" qasırğasına hazırlıq məqsədilə insanlar marketlərdə rəfləri boşaldıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Avstraliya Meteorologiya İdarəsinin (BOM) verdiyi açıqlamada bildirilir ki, ölkənin Qərbi Avstraliya əyalətində "İlsa" qasırğasının yaxın günlərdə intensivliyi artacaq və 4-cü kateqoriyalı qasırğaya çevrilməsi ehtimalı yüksəkdir.

Əyalətin ən şimalında yerləşən Kimberley bölgəsində şiddətli tufan gözlənildiyi və küləyin sürətinin saatda 250 kilometrə çata biləcəyi vurğulanır.

Onminlərlə evə təsir edəcəyi gözlənilən qasırğa öncəsi "fırtına" xəbərdarlığı edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.