Dünya

İranda bayrağı söküb, Xamenei əleyhinə şüar səsləndirdilər

10 Aprel 2023 23:57
Baxış: 1 100
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İranın Kürdüstan əyalətində gərginlik pik həddə çatıb.

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, gərginliyin artmasına əsas səbəb qızlar məktəbində kimyəvi zəhərlənmə halları olub. Bildirilir ki, qızların valideynləri ilə güc strukturları arasında toqquşma yaşanıb.

Nəticədə etirazçılar məktəbdən İran bayrağını sökərək, ali dini lider Əli Xameneinin əleyhinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, adı çəkilən bölgədə son kimyəvi zəhərlənmədən 47 nəfər zərər görüb. Onlardan 20-nin vəziyyəti ağır olaraq qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.