Dünya

Rusların bu böyük itkiləri olmasaydı... - Reznikov

10 Aprel 2023 23:01
Baxış: 1 221
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baxmut bizə kiçik qüvvələrimizlə orada daha böyük düşmən qüvvələrinin qarşısını almağa imkan verir, eyni zamanda onun hücum resurslarını və potensialını darmadağın edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

"Bu, bütün əməliyyat teatrı kontekstində çox vacibdir. Ruslar altı aydan çoxdur ki, orada bu "sürünən" hücum taktikasından istifadə edir və orada böyük itkilər verirlər. Bu o deməkdir ki, həmin itkilər olmasaydı, onlar bütün potensiallarını başqa müdafiə xəttində və ya cəbhə xəttində bizə qarşı istifadə edə bilərdilər", - nazir söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.