Dünya

“RT France” müflis elan edildi

9 Aprel 2023 13:12
Baxış: 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa məhkəməsi Rusiya hakimiyyəti tərəfindən maliyyələşdirilən RT telekanalını rəsmən müflis elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə RT şirkətin prezidenti Kseniya Fedorova məlumat verib.

"Nant şəhər məhkəməsi "RT France"ı ləğv etmək qərarına gəlib" - deyə şirkətin prezidenti vurğulayıb.

Şirkət prezidentinin sözlərinə görə, "RT France"ın əməkdaşları yaxın günlərdə işdən çıxarılacaqlar.
Qeyd edək ki, Rusiya Federasiyasının dövlət büdcəsindən maliyyələşən ingilisdilli xəbər kanalına "RT International", "RT Arabic", "RT en Español", "RT France", "RT DE" telekanalları, həmçinin ingilis dilində "RT Documentary" və rus dilində "RT Doc" kanalları daxildir.

2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra kanalın yayımına Avropa İttifaqında və əksər Qərb ölkələrində məhdudiyyət qoyulub. Məlumat üçün əlavə edək ki, "Russia Today" telekanalının rəhbəri Marqarita Simonyandır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.