Dünya

İranda başıaçıq qadınlara görə kameralar quraşdırılır

8 Aprel 2023 20:07
Baxış: 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda məcburi geyim qaydalarına əməl etməyən qadınların sayının artmasının qarşısını almaq üçün ictimai yerlərdə və küçələrdə kameralar quraşdırılır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Mizan" informasiya agentliyi məlumat yayıb.

Polisin bəyanatında deyilir ki, başıaçıq gəzən qadınlar ilk mərhələdə bunun nəticələri barədə xəbərdarlıq məktubları alacaqlar. İranın ədliyyə orqanlarının dövlət mediası tərəfindən yayılan bəyanatında bu addımın "hicab qanununa qarşı müqavimətin qarşısının alınması" məqsədi daşıdığı, bu cür müqavimətin ölkənin mənəvi imicinə xələl gətirdiyi və etibarsızlıq mühiti yaydığı vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.