Dünya

Keçmiş ABŞ kəşfiyyatçısı Putini "qələbənin ustası" adlandırdı

7 Aprel 2023 18:12
Baxış: 1 064
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya prezidenti Vladimir Putinin qalib gəlmək bacarığı var.

Milli.Az TASS-a istinadən xəbər verir ki, ABŞ kəşfiyyatının təqaüddə olan zabiti və BMT-nin İraqın kütləvi qırğın silahlarının ləğvi üzrə keçmiş müfəttişi Skott Ritter bu fikri cümə axşamı "Judging Freedom" podkastının aparıcısı Endryu Napolitanoya müsahibəsində Ukraynadakı münaqişə ətrafında vəziyyət kontekstində bildirib.

"Putin qələbə ustasıdır. Bəzən qalib gəlmək üçün səbr, eləcə də tələyə düşməmək və tələsik hərəkətlər etməmək bacarığı lazımdır. Çoxları başa düşmür ki, Rusiya təqvim üçün yox nəticə üçün işləyir".

Ritter, Rusiya hərbçilərinin Suriya ərazilərinin terrorçu qruplardan azad edilməsi üzrə tapşırıqlarını necə uğurla yerinə yetirdiyinə işarə edib. "Onlar hər şeyi təmizlədilər və onları [terrorçuları] şimala <...> itələdilər. Qələbə buna deyilir", - o deyib.

Keçmiş BMT müfəttişi Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat keçirərkən guya passiv davranması ilə bağlı açıqlamalara da etiraz edib. "Bircə dənə də olsun hərbi ekspert yoxdur ki, üstünlüyü Rusiyanın tərəfində olmadığını söyləsin və Ukraynanın bunu dəyişmək şansı yoxdur", - o, yekunlaşdırıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.