İsveç iyul ayına qədər Şimali Atlantika Alyansının üzvü ola bilər.
Milli.Az APA-ya istinadən xəbər verir ki, belə bir ehtimalla ABŞ-ın dövlət katibi Entoni Blinken "Euronews" telekanalının efirində çıxış edib.
"Mən əminəm ki, bu, tezliklə baş verəcək" Blinken deyib.
O, iddia edib ki, İsveç iyulda Vilnüsdə keçiriləcək sammit zamanı NATO-ya daxil olacaq.
Milli.Az