Dünya

Uşaq bağçasına hücum: 4 azyaşlı həlak oldu - FOTO

6 Aprel 2023 09:07
Baxış: 1 143
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çərşənbə günü Braziliyada naməlum şəxsin uşaq bağçasına hücumu nəticəsində 4 uşaq ölüb, 3-ü yaralanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər yayılıb.

Məlumata görə, kişi ölkənin cənubunda yerləşən Blumenau şəhərində özəl təhsil müəssisəsinə soxulub və balta ilə uşaqlara hücum edib. Bundan sonra o, polisə təslim olub. Hücum edənin motivləri və mümkün şəriklərinin olması araşdırılır.

Uşaq bağçasının binasında hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İçəriyə heç kəs buraxılmır.

Qeyd edək ki, bu, son bir ayda Braziliyada təhsil müəssisəsinə ikinci hücumdur. Martın sonunda San-Pauluda məktəbdə səkkizinci sinif şagirdi bir müəllimi öldürüb, üç müəllim və bir şagirdi yaralayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.