Dünya

Rusiya bunu ələ keçirsə... - Polkovnik xəbərdarlıq etdi

3 Aprel 2023 12:54
Baxış: 1 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada Britaniyanın "Challenger" tankının Rusiya ordusu tərəfindən ələ keçirilməsi və onun Qırmızı Meydanda parad zamanı nümayiş etdirilməsi Londonun hərbi reputasiyasına zərbə olacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə polkovnik-leytenant Stüart Kroufordun "Ekspress" nəşrinə yazdığı məqaləsində deyilir.

"Moskvada Qırmızı Meydanda nümayiş etdiriləcək ələ keçirilmiş, zədələnməmiş "Challenger 2"nin məlumat effektini təsəvvür edin! Ukrayna və Britaniya hakimiyyət orqanları ehtiyatlı olmalıdırlar, çünki ruslar döyüş meydanında bu maşınlara sahib ola bilərlər", - o bildirib.

Krouford tankın hansı texnoloji xüsusiyyətlərinin rus mühəndisləri və silah ustaları üçün maraqlı ola biləcəyini açıqlamayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.