Dünya

Stoltenberq: İsveçin NATO-ya üzvlüyünə nail olacağam

31 Mart 2023 13:19
Baxış: 765
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məqsədim İsveçin alyansa üzvlüyünü Türkiyədə keçiriləcək seçkidən sonra və iyulun 11-də keçiriləcək sammitdən əvvəl ratifikasiya etməkdir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, İsveç Türkiyədə keçiriləcək seçkidən sonra NATO-ya üzv olmaq üçün hələ də "yaşıl işıq" yandıra bilər:

"Məqsədim Türkiyədəki seçkidən sonra, amma Vilnüsdəki sammitə qədər İsveçin ratifikasiyasına nail ola bilməkdir".

Stoltenberq son nəticədə qərarın Ankaranın üzərinə düşdüyünü vurğulayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.