Dünya

Ekvadorda torpaq onlarla insanı “uddu” - FOTO

28 Mart 2023 11:07
Baxış: 923
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ekvadorun mərkəzindəki Alausi şəhərində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 64 nəfərə çatıb.

Bu barədə bazar ertəsi ölkənin fövqəladə hallar idarəsi məlumat yayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, 7 nəfərin ölümü təsdiqlənib, 23 nəfər yaralanıb. Daha əvvəl 16 nəfərin yaralanması, 7 nəfərin itkin düşməsi barədə məlumat yayılmışdı.

Ümumilikdə təbii fəlakət zonasında 500 nəfər olub. 163 evin dağıldığı və ya zədələndiyi təxmin edilir. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, fevral ayında ölkənin fövqəladə hallar idarəsi Alausi bölgəsində süxurların yerdəyişməsi riskinin olduğu barədə xəbərdarlıq etmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.