Dünya

Gənc qız məktəbdə atəş açıb, 6 nəfər ölüb

27 Mart 2023 22:45
Baxış: 1 086
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23:45

ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində yerləşən məktəbdə baş verən atışma zamanı 6 nəfər ölüb.

Milli.Az bildirir ki, bu barədə "report" "ABC News"a istinadən xəbər verir.

Qeyd edilir ki, həlak olanlardan 3-ü şagird, 3-ü isə məktəbin əməkdaşıdır.

Digər mətbu orqanların məlumatına görə, məktəbə hücum edən silahlı şəxs də öldürülüb. O, gənc qızdır.

Bundan əvvəl WKRN telekanalı da atışma zamanı bir neçə nəfərin öldüyünü xəbər verib.

---------

20:55

ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində yerləşən məktəbdə atışma baş verib, ölənlər var.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə şəhərin yanğın təhlükəsizliyi departamenti məlumat yayıb.

"Barton Hills bulvarındakı məktəbdə hələ zərərsizləşdirilməyən cinayətkarla bağlı tədbirlər görürük. Çoxlu sayda qurbanın olduğunu təsdiqləyə bilərik", - məlumatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.