Rusiyanı Avropa ilə üz-üzə qoyan SİRLİ obyekt - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlum olduğu kimi, 26 sentyabr 2022-ci ildə Rusiyadan Almaniyaya, oradan da Avropaya təbii qaz daşıyan "Şimal axını 1" və "Şimal axını 2" boru kəmərlərində sızmalara səbəb olan partlayışlar Rusiya ilə Avropa arasında gərginliyi pik həddə çatdırmışdı. Qərb ölkələri boru xəttinə edilən hücumun arxasında Rusiyanın olduğunu iddia etmişdi.
Moskva təxribat iddialarını qəti şəkildə rədd etmiş, Almaniya, Danimarka və İsveç 4 fərqli nöqtədə baş verən qaz sızması ilə bağlı ayrı-ayrılıqda araşdırmalara başlamışdı.
Milli.Az musavat.com-a istinadən bildirir ki,İsveç ilkin təhqiqatının nəticələrini açıqlayıb və təxribat əlamətlərinin olduğunu irəli sürüb. Danimarka Enerji İdarəsi isə "Şimal axını 2" boru kəmərinin yanında yerləşən sirli obyektin fotosunu yayımlayıb.
Qurum dənizin dibində olan, təxminən 40 sm uzunluğunda və 10 sm enində silindrin hazırda ani bir təhlükəsizlik riski yaratmadığını və sirli obyektin mühafizə vasitələrinin köməyi ilə çıxarılmasının planlaşdırıldığını bildirib.
Açıqlamada qeyd olunub ki, xilasetmə əməliyyatı üçün boru kəməri sahibindən cavab gözləyirlər.
Boru kəmərlərinin böyük hissəsi Rusiyanın enerji nəhəngi "Qazprom"a, qalan hissəsi isə Almaniya, Hollandiya və Fransa şirkətlərinə məxsusdur.
Rusiya prezidenti Vladimir Putin də martın 15-də verdiyi açıqlamada rusiyalı mütəxəssislərin maraqlı tapıntılarla qarşılaşdıqlarını bildirib:
"Qazprom mütəxəssisləri partlayış yerindən təxminən 30 kilometr aralıda obyekt aşkar ediblər. Bu obyekt partlayışın baş verdiyi yerə yaxın yerdə yerləşir. Mütəxəssislərimiz bunun detonatoru işə salan siqnalı götürmək üçün antena ola biləcəyini düşünürlər. İddia etmirəm, amma deyirəm ki, ola bilər, boru kəmərinin altına başqa partlayıcı yerləşdirilib".
Xatırladaq ki, bu ayın əvvəlində ABŞ kəşfiyyatının məlumatında boru kəmərinin təxribatında Ukraynayönlü qrupun əli olduğu iddia edilmişdi.
Zelenskinin baş müşaviri Mixaylo Podolyak Ukrayna hökumətinin hücumda "qəti şəkildə iştirak etmədiyini" bildirmişdi.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı





