Dünya

Mask Baydeni ələ saldı - FOTO

24 Mart 2023 09:52
Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Co Baydeni trollayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Twitter" sahibi bunu özünün sosial şəbəkə hesabından həyata keçirib.

Belə ki, Ağ Ev rəhbəri çıxışı zamanı iqlim dəyişikliyi ilə mübarizədəki uğurundan danışıb.

Mask isə bu çıxışa - "Hmm... banklar əriyir", - deyə reaksiya verib. O, bu yolla ABŞ-də bir neçə kredit təşkilatının iflasına işarə edib.

Xatırladaq ki, martın 10-da ABŞ-nin ən böyük banklarından biri olan "Silikon Valley Bank"ın cəmi iki günə iflasa uğradığı məlum olub. Ardınca oxşar səhm portfelinə malik "Signature Bank" da bağlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.