Dünya

Medvedevdən NÜVƏ QİYAMƏTİ xəbərdarlığı - "Qərb Ukraynaya silah verdikcə..."

23 Mart 2023 07:32
Baxış: 1 260
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev Ukrayna Silahlı Qüvvələrinə Qərb silahlarının tədarükü səbəbindən nüvə apokalipsisinin yaxınlaşdığını elan edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki,hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini postunu tutan Medvedev Ukraynaya xarici silahların verilməsinin nəticələrini şərh edib. O, bu barədə Telegram kanalında yerləşdirdiyi videoda danışıb.

Medvedev vurğulayıb ki, Ukraynaya Qərb silahlarının tədarükü nüvə qiyamətinin yaxınlaşması təhlükəsi yaradır. Onun sözlərinə görə, Kiyevə hər gün hərbi yardımın göstərilməsi nəticəsində böhran ehtimalı daha da reallaşır.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, ölkə Kiyevə nüvə komponenti olan silahların tədarükünə cavab verəcək. O, həmçinin Qərbin Moskva ilə son ukraynalıya qədər vuruşmağa qərar verməsini təklif edib.

Martın 21-də Böyük Britaniya müdafiə nazirinin müavini Annabel Qoldi bəyan edib ki, hərbi yardım çərçivəsində ölkə Ukraynaya bir sıra "Challenger 2" tankları ilə birlikdə zəiflədilmiş uran mərmiləri partiyası göndərəcək. Mərmilər Yuqoslaviyanın bombalanması, "Səhrada tufan" əməliyyatı və ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsi zamanı istifadə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.