Dünya

AB-nin qarşısında çətin vəzifələr durur - Meloni

22 Mart 2023 18:28
Baxış: 624
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq aləmdə qarışıqlıq hökm sürdüyü bir vaxtda Avropa Birliyinin qarşısında qitədə təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın qorunması və qlobal balanslarda dəyişikliklərə hazır olmaq kimi çətin vəzifələr durur.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İtaliyanın Baş naziri Corciya Meloni deyib.

Baş nazir bildirib ki, növbəti gündəlikdə AB-nin prioritetlərindən olan Ukrayna, miqrasiya və enerji məsələləri var:

"Beynəlxalq sistemin bu mürəkkəb dövründə yəqin ki, AB son illərin ən çətin vəzifələrinə dəvət olunur. Bunlar Rusiyanın Ukraynaya təcavüzünün yaratdığı təhlükə qarşısında qitənin təhlükəsizliyini təmin etmək, iqtisadi quruluşu qorumaq və qlobal balanslarda yarana biləcək radikal dəyişikliklərə hazır olmaqdır. Həmçinin, bütün bunlar vaxtında, effektiv və strateji cavab vermək üçün AB-yə çağırışdır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.