Dünya

“Freddi” azı 99 nəfərin həyatına son qoyub - VİDEO

14 Mart 2023 15:24
Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Malavidə "Freddie" tropik qasırğası və onun səbəb olduğu sel nəticəsində azı 99 nəfər ölüb.

Bu barədə yerli xilasetmə xidməti məlumat yayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Malavi Qırmızı Xaç humanitar təşkilatından bildirilib ki, qasırğa 93 nəfərin yaralanmasına, 16 nəfərin itkin düşməsinə səbəb olub.

Məlumata görə, təbii fəlakətdən 2 mindən çox insan zərər çəkib. Ölkənin iqtisadi paytaxtı Blantir şəhərinə bitişik bölgəyə digərlərindən daha çox ziyan dəyib.

Qeyd olunur ki, təbii fəlakətlə əlaqədar malavidə fövqəladə vəziyyət elan olunub.

Qonşu Mozambikin səlahiyyətliləri də qasırğa və sel səbəbindən son sutka ərzində 4 nəfərin öldüyünü bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.