Dünya

“Məhkəmənin dili qadağan etmək barədə qərarı rüsvayçılıqdır”

13 Mart 2023 16:02
Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Korsika Assambleyasında aparılan müzakirələrdə Korsika dilindən istifadəyə qadağa qoyulması ədalətsizlik və rüsvayçılıqdır".

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Korsika Millət Partiyasının lideri Jan-Kristof Ancelini bildirib.

Onun sözlərinə görə, Bastia şəhər məhkəməsinin dövlət orqanlarında istifadə edilən yeganə dilin fransız dili olması barədə qərarı korsikalılar üçün təhqirdir.

Adanın İcra Şurasının prezidenti, hüquqşünas və siyasətçi Gilles Simeoni və Korsika Assambleyasının sədri Marie-Antoinette Maupertuis bu vəziyyətlə barışmağın ağlasığmaz olduğunu deyiblər. Onlar bu qərardan apellyasiya şikayəti verdiklərini bildiriblər.

Seçilmiş millətçi deputatlar Korsika dilinin yaşaması və inkişafı üçün fransız dili ilə yanaşı, ona da rəsmi status verilməsinin zəruri olduğunu söyləyiblər.

Müstəqillik tərəfdarı olan "Core in Fronte" partiyası tviter hesabında bu qərarı pisləyib və onu "rüsvayçı" adlandırıb.

Xatırladaq ki, Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dillərində aparılması ilə bağlı prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyanın 2-ci maddəsinə ziddir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.