Dünya

Lukaşenko İrana getdi - YENİLƏNİB

12 Mart 2023 21:08
Baxış: 1 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

21:08

Belarus Prezidenti Aleksandr Lukaşenko İrana rəsmi səfər edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, Belarus lideri İran Prezidenti İbrahim Rəisi ilə danışıqlar aparacaq.

Görüş zamanı Belarus və İran arasında əməkdaşlıq üçün hərtərəfli yol xəritəsinin imzalanacağı gözlənilir.

Bildirilib ki, Lukaşenko İrana səfəri zamanı birinci vitse-prezident Məhəmməd Möhbər, İslam Şurası Assambleyasının sədri Məhəmməd-Bagir Qalibaf və İranın dini lideri Əli Xamenei ilə də bir araya gələcək.

Qeyd edək ki, bundan öncə də Belarus hökumətinə yaxın Teleqram kanalları Lukaşenkonun İrana səfər edəcəyi barədə məlumat yaymışdı.

---------

19:28

Belarus prezidenti Aleksandr Lukaşenko yaxın bir saatda İrana rəsmi səfərə gedəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinə yaxın "Pool of the First" Telegram kanalı məlumat yayıb.

"Ölkə başçısının təyyarsi yarım saatdan sonra Tehrana uçacaq", - məlumatda deyilir.

Bildirilir ki, iki günlük səfər çərçivəsində İran prezidenti İbrahim Rəisi, İslam Respublikasının ali dini lideri Əli Xamenei, icra və qanunvericilik orqanlarının bir sıra yüksək vəzifəli nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

Tehranda keçiriləcək danışıqların əsas mövzusu ikitərəfli münasibətlərin bütün spektri üzrə əməkdaşlığın inkişaf etdirilməsidir, əsas diqqət isə ticari-iqtisadi əməkdaşlıq olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.