Dünya

Kişi oğurladığı qadını dörd il gizlətdi, ona zindan həyatı yaşatdı - FOTO

12 Mart 2023 08:04
Baxış: 1 113
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu günlərdə ABŞ-də qadını oğurlayaraq əsarətdə saxlamaqda şübhəli bilinən Texas sakini saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, 42 yaşlı Abraham Bravo Sequra adı açıqlanmayan qadını 4 il həbsdə saxlayıb. Kişi avtomobil qoşqusunu qıfıl və barmaqlıqlarla təchiz edib. Buna görə qadın çölə çıxaraq qaça bilməyib.

Qadın onu qaçıran şəxs işdə olarkən mobil telefon əldə edə bilib. O, polisə harada olduğunu bildirib.

Şübhəlinin dostu polisə bildirib ki, Sequra zərərçəkmişi girov saxlamayıb, çünki o, onları tez-tez bir yerdə görüb və "cütlük" onun evinə ziyafətə gəlib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini və şəraitini müəyyənləşdirirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.