Dünya

Makronun bar əyləncəsi fransızların kütləvi narazılığı ilə qarşılanıb - Həmin kadrlar... - FOTO

10 Mart 2023 23:57
Baxış: 1 047
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makronun kütləvi tətillər zamanı, vətəndaşların pensiya islahatını boykot edərkən ölkəni tərk edərək Konqoya səfər etməsi, oradakı barlardan birində əylənməsi vətəndaşların narazılığına səbəb olub.

Milli.Az bu barədə "Report"-a istinadən xəbər verir.

Fransa sakinləri sosial şəbəkələrdə, habelə aksiyalarda prezidentə qarşı sərt ifadələr səsləndirir, onun bu hərəkətini pisləyirlər.

Qeyd edək ki, Makron Fransadakı kütləvi tətillər zamanı ölkəni tərk edərək Konqoya səfərə gedib. Beşinci Respublikanın vətəndaşları pensiya islahatını boykot edərkən, Emmanuel Makron barda vaxt keçirib.

O, rəsmi tədbirlərdən dərhal sonra musiqiçi, Konqonun rabitə naziri və daha bir məmurun müşayiəti ilə bara gedib.

Qeyd edək ki, Fransa rəhbərinin bardakı əyləncəsini əks etdirən videogörüntü sosial şəbəkələrdə yayılıb. Görüntülərdə Fransa prezidentinin spirtli içki qəbul etməsi yer alıb. Bütün bunlar bir yana, Makronla foto çəkdirən qaradərililərdən biri ədəbsiz hərəkət edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.