Dünya

Ərdoğan: "22 min mənzilin inşasına start verilib"

6 Mart 2023 22:45
Baxış: 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin zəlzələ baş verən bölgələrində söküləcək və dağıntıları aradan qaldırılmalı 50 min bina mövcuddur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

O qeyd edib ki, digər tərəfdən də iki ay ərzində 244 min mənzil və 75 min kənd evinin inşasının başlanılması nəzərdə tutulub.

Onun sözlərinə görə, 22 min mənzilin inşasına artıq start verilib.

"Ümumilikdə 488 min olmaqla, 405 min mənzil və 83 min kənd evinin inşası planlaşdırılıb", - deyə Ərdoğan bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.