Dünya

Bu ölkədə bıçaq gəzdirmək qadağan olundu

6 Mart 2023 19:56
Baxış: 1 142
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderlandın bir sıra bələdiyyələrində yetkinlik yaşına çatmayanlara bıçaq gəzdirmək qadağası tətbiq edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Qroningendə bu tədbir bir həftə əvvəl qüvvəyə minib. Oxşar qadağa Vintersveyk, Middelburq və Vlissingendə də tətbiq edilib.

Məlumata görə, qadağa mətbəx bıçağı kimi soyuq silahlara şamil edilib.

Qeyd olunur ki, yeniyetmələr arasında bıçaqdan istifadə ilə zorakılıq halları artmaqdadır. Polis keçən il yetkinlik yaşına çatmayanların iştirakı ilə 70-ə yaxın bıçaqlanma hadisəsi qeydə alıb ki, bu da son illərin ən yüksək göstəricisidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.