Dünya

Ukrayna təkzib etdi: "Baxmutdan çıxmamışıq..."

5 Mart 2023 12:24
Baxış: 957
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya ordusu Donetsk vilayətinin Baxmut şəhəri uğurunda nəzarəti əldə etməyib.

Milli.Az UNİAN-a istinadən xəbər verir ki, bunu Şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatı bildirib.

Onun sözlərinə görə, Ukrayna qoşunlarının şəhərdən kütləvi şəkildə çıxarılması məlumatı yalandır.

"Baxmutda döyüşlər şəhrdən kənarda gedir və şəhərə Ukrayna Müdafiə Qüvvələri nəzarət edir: Ukrayna Silahlı Qüvvələri, Sərhəd Xidməti və Milli Qvardiya. Həmçinin Ukrayna qoşunlarının kütləvi şəkildə çıxarılması yoxdur", - deyə o vurğulayıb.

Çerevatı əlavə edib ki, Ukrayna qoşunları Baxmutda mövqelərin nəzarətli, planlı rotasiyasını həyata keçirir.

O qeyd edib ki, 2023-cü il martın 4-ü şənbə günündən etibarən Baxmut ətrafında, şəhərin şimalındakı Vasyukovka və Dubovo-Vasilyevka kəndlərində, həmçinin onun qərbindəki İvanovskoye və Boqdanovka kəndlərində döyüşlər gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.