Dünya

İranda məktəbli qızlar kütləvi zəhərlənir: etirazlar başladı - VİDEO

5 Mart 2023 09:07
Baxış: 1 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın paytaxtı Tehranda və digər şəhərlərdə sakinlər məktəbli qızların naməlum zəhərli maddə ilə kütləvi zəhərlənməsinə görə etiraz aksiyalarına başlayıblar.

Milli.Az xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Tehranda valideynlər Təhsil Nazirliyinin binası qarşısında aksiya keçiriblər.

Daha sonra bu, hökumət əleyhinə nümayişə çevrilib.

Oxşar aksiyalar paytaxtla yanaşı İsfahan və Rəştdə də keçirilib.

Qeyd edək ki, məktəbli qızlar ürəkbulanma və baş ağrılarından şikayətlənirlər.

Naməlum maddənin qurbanları arasında artıq yüzlərlə şagird var. İranın 31 vilayətindən azı 30 məktəbdə zəhərlənmə hallarının qeydə alındığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.