Dünya

Zəlzələdən sonra Türkiyəyə indi də onlar hücum etdi - VİDEO

4 Mart 2023 14:30
Baxış: 1 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tırtıl dəstələri zəlzələlərdən sonra Türkiyənin cənub-şərqində əkin sahələrinə hücum edib.

Milli.Az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

Şirnak vilayətinin Cizrə və İdil rayonlarında aparılan çöl tədqiqatları nəticəsində şam ipəkqurdu tırtılları aşkar edilib.

Qeyd olunur ki, tırtılların təxminən 95%-i yol kənarlarında, yaşayış məntəqələrində və çöllərdə, 5%-i isə becərilən kənd təsərrüfatı torpaqlarının ətrafında olub.

Mütəxəssislər tezliklə tərəvəz və meyvələrin bahalaşmasından danışırlar. Hakimiyyət fermerlərə pestisidlərdən istifadə etməyi tövsiyyə edir, lakin aqronomların özlərinin fikrincə, hələ ki, zərərverici çox deyil. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.