Dünya

Tanınmış ekofəal həbs edildi - FOTO

2 Mart 2023 16:28
Baxış: 1 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçli ekoloji fəal Qreta Tunberq Norveçin Oslo şəhərində keçirilən etiraz aksiyası zamanı həbs edilib.

Tunberq və digər nümayişçilər Norveçin yerli əhalisi olan saamilərin ərazisindəki maral otlaqlarında külək stansiyalarının tikintisinə qarşı çıxıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, fəallar Maliyyə Nazirliyinə girişi bağlayıblar.

Nümayiş yerinə gələn asayiş keşikçiləri Tunberqi digər etirazçılarla birlikdə saxlayıb.

"Biz dövlət işçilərinin təhlükəsizliyini təmin edirik ki, onlar sosial əhəmiyyətli funksiyaları yerinə yetirməyə davam edə bilsinlər", - deyə Nazirliklərin Təhlükəsizliyi Xidmətinin sözçüsü Liv Nodeland bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.