Özbəkistanda qazdoldurma məntəqəsində partlayış olub.
Milli.Az lent.az-a istinadən bildirir ki, Səmərqənd şəhərində yerləşən məntəqələrin birində "Daewo Nexia" markalı avtomobildə olan qaz balonu partlayıb. Bədbəxt hadisə isə partlayışdan sonra olub.
Belə ki, hadisə zamanı havaya uçaq qaz balonu sürətlə qarşıdakı divara dəyib. Daha sonra isə geri qayıdaraq, qazdoldurma məntəqəsinin əməkdaşının başına dəyib. İşçi aldığı xəsarətdən yerindəcə keçinib.
Görüntüləri təqdim edirik.
Milli.Az