Dünya

Binadan yıxılan futbolçunu qatar vurub öldürdü

1 Mart 2023 21:17
Baxış: 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Albasete"nin və "Ovyedo"nun keçmiş futbolçusu Pelayo qatarın vurması nəticəsində dünyasını dəyişib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə yerinə gələn təcili xidmət əməkdaşları onun həyatını xilas etmək üçün heç nə edə bilməyib.

İş polis tərəfindən araşdırılacaq. Qeyd olunur ki, 8 ay əvvəl 32 yaşlı keçmiş futbolçu ailə həyatı qurub.

İdmançı qəza nəticəsində 2018-ci ildə karyerasını bitirmək məcburiyyətində qalıb. O, telefonla danışarkən 3-cü mərtəbədən yıxılmışdı.

Pelayo çoxsaylı sınıqlar alıb və əlil olub. Bununla belə, idmanla məşğul olmağa davam edərək, əlil arabasında tennis oynamağa başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.