Dünya

Britaniya kəşfiyyatı: Rusiyanın PUA ehtiyatı tükənib

1 Mart 2023 11:23
Baxış: 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 27-də Ukrayna Müdafiə Nazirliyi bir gecədə atılan İran istehsalı olan "Şahed" 14 pilotsuz uçuş aparatından 11-ni vurduğunu bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunub.

"Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Serhii Popko deyib ki, onlardan 9-u Kiyev hava məkanı yaxınlığında vurulub. Ukraynanın şimalındakı Çernqov vilayətində daha üç "Şahed" PUA-nın vurulduğu qeyd olunub", - məlumatda deyilir.

Kəşfiyyat Xidməti bildirib ki, bu hücumdan əvvəl təxminən fevralın 15-dən bəri Ukraynada PUA-ların istifadə olunduğuna dair heç bir məlumat verilməyib: "PUA ilə hücum tempində bu azalma, çox güman ki, Rusiyanın hazırkı ehtiyatını tükəndiyini göstərir: Rusiya çox güman ki, PUA-ların yeni tədarükünə çalışacaq. Hücum vektoruna əsasən, bu hücum zamanı "Şahed" PUA-larının Rusiyanın Bryansk vilayətindən buraxılması ehtimalı yüksəkdir. 2022-ci il dekabrın ortalarından bəri müşahidə edilən buraxılış sahəsi Krasnodar bölgəsindən, Azov dənizinin digər tərəfindən olub. Bu yeni buraxılış istiqaməti ruslara Kiyevə daha yaxın olan fərqli hücum oxu verəcək.

Bu, çox güman ki, Ukrayna üzərində havada uçuş vaxtını azaldacaq və Ukraynanın hava hücumundan müdafiəsini daha tez yarmaq məqsədi daşıyır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.