Moskva vilayətində qaz stansiyasının yaxınlığına Pilotsuz Uçuş Aparatı (PUA) düşüb.
Milli.Az APA-ya istinadən bildirir ki, dron Kolomna rayonunda yerləşən qaz stansiyasına düşüb
Qəza nəticəsində partlayışın baş vermədiyi bildirilib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Kolomna yaxınlığında məqsədi infrastruktur obyekti olan PUA-nın düşdüyünü təsdiqləyib.
"Bu, Qubastovo kəndi yaxınlığında baş verib, ehtimal ki, hədəf mülki infrastruktur obyekti olub, mülki infrastruktur zədələnməyib. Tələfat və dağıntı yoxdur", - deyə qubernator bildirib
"Mash" Teleqram kanalı PUA-nın Moskva vilayətinin Kolomna rayonundakı Voskresensk qaz-kompressor stansiyasından 100 metr kənara düşdüyünü yazıb.
Milli.Az