Dünya

Qazaxıstan İDDİALARA CAVAB VERDİ: Ukraynaya hərbi texnika göndərilməyib

28 Fevral 2023 09:12
Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstan Müdafiə Nazirliyi hərbi texnikanın Ukraynaya göndərilməsi ilə bağlı internetdə yayılan məlumatları təkzib edib.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
"Sosial şəbəkələrdə Qazaxıstan hərbi texnikasının Ukraynaya göndərilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bunlar arxiv videolarıdır. Zirehli texnikalar planlı təmirə göndərilib və hərbi texnika hazırda anbardadır", - məlumatda deyilir.

Müdafiə Nazirliyi qeyd edib ki, 2022-ci il avqustun 27-dən silah və hərbi texnikanın ixracına qadağa qoyulub.

Bir müddət əvvəl sosial şəbəkələrdə Almatı yolları ilə zirehli texnikanın keçdiyi video yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.