Dünya

BMT Ukraynadakı hərbi cinayətlərin araşdırılmasını müzakirə edəcək

27 Fevral 2023 09:29
Baxış: 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bazar ertəsi Cenevrədə BMT İnsan Hüquqları Şurasının illik sessiyası açılır, onun çərçivəsində Rusiyanın hücümu başlayandan bəri Ukrayna ərazisində törədilmiş hərbi cinayətlərin araşdırılmasının müzakirəsi planlaşdırılır.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə AFP yazıb.

BMT Baş Assambleyasının Rusiyadan qoşunların dərhal qonşu ölkədən çıxarılmasını tələb edən qətnamənin səs çoxluğu ilə qəbul edilməsindən bir neçə gün sonra açılacaq iclasda Ukraynadakı müharibə mövzusunun üstünlük təşkil edəcəyi gözlənilir.

"Biz bu sessiyanın, BMT Baş Assambleyasının göstərdiyi kimi ... dünyanın Ukrayna ilə çiyin-çiyinə olduğunu göstərməsini istəyirik", - Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Saymon Menli sessiya ərəfəsində deyib.

Sessiya rekord müddətdə - 6 həftə davam edəcək. Açılışında BMT-nin Baş katibi Antoniu Quterreşin çıxış edəcək, bütövlükdə isə birinci həftədə ABŞ, Çin, Ukrayna və İrandan olan nümayəndələr də daxil olmaqla 150-yə yaxın dövlət və hökumət başçısının çıxış edəcəyi gözlənilir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun cümə axşamı çıxış edəcəyi nəzərdə tutulub. Ötən il Şuranın iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışı nümayiş etdirilməyə başlayanda bir çox diplomat zalı tərk etmişdi.

"Biz hesab edirik ki, Rusiya bu zalda oturmağa layiq deyil. Biz müvafiq şəkildə hərəkət edəcəyik", - Ukraynanın qurumdakı daimi nümayəndəsi Yevgeniya Filipenko vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.