Dünya

Türkiyəyə həmrəylik mesajı vermişdilər – Bu dəfə “körpünü uçurarıq” hədəsi gəldi

25 Fevral 2023 23:53
Baxış: 1 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki ölkə arasında dialoq davam edərkən, Yunanıstan xarici işlər nazirinin müavini Miltiadis Varvitsiotis Türkiyə ilə bağlı təpki çəkən açıqlama verib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Varvitsiotis Türkiyənin yaşadığı zəlzələlərdən sonra Türkiyə-Yunanıstan münasibətlərini dəyərləndirib.

Ölkə rəsmisi Afinanın yaranmış müsbət atmosferə aldanmadığını deyib:

"Bu müddətdə yüksək tonların aşağı salınması və iki xalqın həmrəyliyi dialoq imkanı yarada bilər, amma bu, səmimi çərçivədə edilməlidir. Çünki Türkiyə qısa zamanda əvvəlki aqressiv ritorikasına qayıtsa, bütün körpüləri uçuracağıq, yaxınlaşma ehtimalı və ümidi qalmayacaq".

Qardaş ölkədə zəlzələ fəlakətinin ağrıları davam edərkən, Varvitsiotisin verdiyi bu təhdidedici açıqlama reaksiyalara səbəb olub.

Yunanıstan şiddətli zəlzələdən sonra Türkiyəyə humanitar yardım və xilasedicilərini göndərən ilk ölkələrdən biri olmuşdu. Yunanıstan Baş naziri Kiryakos Mitsotakis şiddətli zəlzələlərdən sonra ikitərəfli əlaqələrdə yaranmış müsbət atmosferin ölkəsi ilə Türkiyənin yaxşılaşmasına səbəb ola biləcəyinə inandığını və türk xalqı ilə həmrəy olduqlarını demişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.