Dünya

“Barselona”nın gənc ulduzu yenə sıradan çıxdı

25 Fevral 2023 19:06
Baxış: 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın futbolçusu Ansu Fati yenidən zədələnib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kataloniya klubunun mətbuat xidməti onun məşq zamanı dizindən xəsarət aldığını açıqlayıb. 20 yaşlı vingerin hansı müddətə yaşıl meydanlardan kənar qalacağı ətraflı müayinələrdən sonra dəqiqləşəcək.

Fati bu mövsüm "Barsa"nın heyətində bütün turnirlərdə 34 oyun keçirib, altı qol, üç ötürmə ilə yadda qalıb.

Gənc oyunçu tez-tez zədələnməsi ilə diqqət çəkir. O, bu səbəbdən ötən mövsümün böyük hissəsini kənardan izləməli olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.